USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

McDonald’s son beş ildə ilk dəfə rebrendinq edir

17.02.2021 Dünya
0 0
McDonald’s markaya “sevinc və yüngüllük hissi” qatmaq üçün son beş ildə ilk dəfə qablaşdırmanın dizaynını dəyişdirəcək.

Belə ki, iri yazılar təsvirlərlə əvəz ediləcək, kartofun qablaşdırılması isə tam yenilənəcək.

“Yeni dizayn canlı qrafika ilə markaya sevinc və yüngüllük hissi qatacaq”, – deyə şirkətin açıqlamasında deyilir.

Xatırladaq ki, McDonald’s şirkətinin son rebrendinqi 2016-cı ildə olub. Həmin ildə şirkət qablaşdırma üzərindəki təsvirləri iri yazılarla əvəz edib.

Daha əvvəl “Burger King” şəbəkəsinin loqonu və vizual dizaynı dəyişdirmək planları üzə çıxmışdır. Qeyd edək ki, bu, son 20 ildə ilk rebrendinqdir.