USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran parlamenti prezidentdən öz iqtisadi komandasını dəyişməsini tələb edib

27.06.2018 İqtisadiyyat
0 0
İran parlamentinin 187 deputatı ölkə prezidenti Həsən Ruhanidən Nazirlər Kabinetinin dəyişdirilməsini istəyib.

"Kommersant" bildirir ki, prezident H. Ruhaniyə məktub ünvanlayan deputatlar xalqın dolanışığının və iqtisadi durumunun ağır olmasını nəzərə alaraq iqtisadi komandanın dəyişdirilməsini tələb ediblər.

Məktubda deyilir:

"Biz bilirik ki, bu gün ölkə sanksiyalarla üzləşib və düşmənlər İslam Respublikasının əleyhinə iqtisadi müharibə təşkil ediblər. Lakin durumun bu vəziyyətə çatmasında hökumətin iqtisadi komandasının uğursuzluqları da rol oynayıb. Biz hökumətdə, xüsusilə iqtisadi komandada çalışan məsul şəxslərin son illər uyğunsuz işlərinin xalqın onlara etimadsızlığının artmasına səbəb olduğunu düşünürük. Bu məsələ hökumətin iqtisadi komandasını dəyişmək zərurətini qaçılmaz edir".

Qeyd edək ki, prezident Həsən Ruhaninin iqtisadi komandasına tənqidlər ölkədə riyalın dəyərinin həddən artıq düşməsi və iqtisadi problemlərin artmasından sonra daha da çoxalıb. Prezident aparatının rəhbəri Mahmud Vaezi Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə bildirib ki, prezident nazirlərdən xalqla təmas qurmalarını istəyib. Nazirlərin ictimaiyyət nümayəndələri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

  • Əvvəlki

    5 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur

Digər xəbərlər