USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə zəlzələ olub

29.06.2021 Dünya
0 0
Türkiyənin Elazığ əyalətinin Maden rayonunda 4,3 bal gücündə zəlzələ olub.

"Kommersant.az" xəbər verir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü İsmayıl Çataklı bildirib.

Onun sözlərinə görə, yeraltı təkanlar səhər saatlarında qeydə alınıb. Zəlzələnin ocağı 7,15 km dərinlikdə yerləşib.

İ.Çataklı bildirib ki, zəlzələ nəticəsində dağıntı və tələfat olmayıb.