USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ dünya ölkələrinə pulsuz peyvənd paylayır

24.08.2021 Dünya
0 0
ABŞ dünya ölkələrinə təxminən 110 milyon doza COVID-19 infeksiyası əleyhinə peyvənd göndərib.

TASS agentliyi xəbər verir ki, bu barədə Sinqapurda səfərdə olan ABŞ-ın vitse-prezidenti Kamala Harris jurnalistlər üçün keçirdiyi brifinqdə açıqlayıb.

ABŞ rəsmisi əlavə edib ki, vaksinin 23 milyonu Cənub-şərqi Asiya ölkələrinin payına düşür.

“Söhbət pulsuz peyvəndlərdən gedir”, - deyə ABŞ-ın vitse-prezidenti vurğulayıb.