USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17.09.2021 Dünya
0 0
Türkiyə ilk yerli kommunikasiya peykini kosmosa buraxacaq.

Bunu ölkənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.

O bildirib ki, "Türksat 6A" peykinin istehsalı və sınaqları Türkiyənin Kosmik Sistemlərin İnteqrasiya və Sınaq Mərkəzində aparılır.

Nazirin sözlərinə görə, sınaq müddətinin 2022-ci ilədək davam edəcəyi gözlənilir.

Peykin buraxılışının 2023-cü ilin ilk rübündə baş tutması planlaşdırılır. A.Karaismailoğlu "Türksat 6A"nın "SpaceX" şirkəti tərfindən buraxılacağını bildirib.