USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank faiz dərəcəsini qaldırdı

17.09.2021 Bank
0 0
Azərbaycan Mərkəzi Bankı 2021-ci ildə altıncı dəfə faiz dəhlizinin parametrlərinə dair qərar verdi.

“Kommrrsant.az” xəbər verir ki, 17 sentyabr tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.25%-dən 6.5%-ə, dəhlizin aşağı həddinin 5.75%-dən 6%-ə, yuxarı həddinin isə 6.75%-dən 7%-ə yüksəldilməsi barədə qərar qəbul edib.

Bununla da Azərbaycan Mərkəzi Bankı 6 ardıcıl faiz qərarı ilə bağlı iclasda faiz dərəcəsi parametrlərinə toxunmamışdı. AMB sonuncu dəfə faiz dəhlizinin parametrlərinə 2020-ci ilin son iclasında (18 dekabr) dəyişiklik edib. Həmin iclasda uçot faiz dərəcəsinin 6.50%-dən 6.25%-ə endirilməsi qərarı qəbul edilmişdi.

“Uçot dərəcəsinə dair qərar inflyasiyanın mövcud dinamikası, ötən iclasdan bəri inflyasiyanın risklər balansında baş vermiş dəyişikliklər, inflyasiyanın ortamüddətli proqnozu və gözləntiləri nəzərə alınmaqla verilmişdir” – deyə, AMB-nın açıqlamasında deyilir.

AMB qeyd edir ki, 2021-ci ildə inflyasiya səviyyəsi əsasən dünya əmtəə qiymətləri, dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər, tərəfdaş ölkələrdə inflyasiya kimi qeyri-monetar xərc amillərinin təsiri altında formalaşır.

“Məcmu tələb amillərində canlanma olsa da, bu amillərin inflyasiya yaratma potensialının davamlığı ilə bağlı tam əminlik yoxdur. Profisitli tədiyə balansı, mövcud makroiqtisadi çərçivə və dedollarlaşma meyilləri qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Bütövlükdə monetar şərait anti-inflyasyon xarakterini qoruyur. Bütün bunlar uçot dərəcəsinin dəyişimi ilə bağlı növbəti pauzanın götürülməsinə əsas verir.

Qeyd olunan amillər qiymətlər sabitliyinin risklər balansında inflyasiya amillərinin rolunu gücləndirməklə monetar – fiskal siyasətin neytrallaşdırıcı təsirini zəiflədir.

Proqnoz horizontunda inflyasiyanın hədəfdən kənarlaşmasının qarşısının alınması pul siyasətinin fasilə götürülmə mərhələsindən çıxışını şərtləndirir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın faktiki və proqnoz göstəricilərinin dəyişimi, risk balansında dəyişikliklər, habelə iqtisadiyyatın cari vəziyyəti və onun ortamüddətli dövrdə inkişaf perspektivləri nəzərə alınmaqla qəbul ediləcəkdir“.

Qeyd edək ki, Banker.az-ın analitikləri bununla bağlı bazar ertəsi verdiyi proqnozda artım ehtimalını istisina etmirdi.