USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lirə “ucuzlaşan” dollara qarşı ucuzlaşır

03.11.2021 Dünya
0 0
Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Türkiyənin milli valyutası yenidən zəiflədi. Türkiyədə inflyasiya göstəricilərinin artımı xəbəri “ucuzlaşan” dollar qarşısında ucuzlaşdırır.

“Kommersant.az” xəbər verir ki, Artıq Türkiyədə 1 ABŞ dolları 9.7116 lirəyə qədər bahalaşıb.

Bu da günlük dolların lirə qarşısında 11 kuruş, yaxud 1.13% ucuzlaşması deməkdir.

Türkiyə Mərkəzi Bankının Pul komitəsi son iclasında faiz dərəcəsini gözlənilmədən 2% azaltması ardından USD/TRY məzənnəsi 9.30 səviyyələrindən 9.65 səviyyələrinə qədər yüksəldi.

Türkiyədə son açıqlamaya görə, oktyabr ayında aylıq inflyasiya 2.39% və illik inflyasiya isə 19.89% səviyyəsinə çatıb. Öncəki ayda illik inflyasiya 19.58% idi. İlin sonuna inflyasiyanın 20%-i ötəcəyi gözlənilir.

ABŞ dollarının indeksi son saatlarda 6 əsas valyuta qarşısındakı indeksi 94.037 bənddir. Bu da 0.04% azalma deməkdir. Azalma FED-in iclasından öncə baş verir. Əlavə olaraq ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 1.52%-ə qədər geriləyib.