USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu gündən Türkiyə ilə Ermənistan arasında uçuşlar başlayır

02.02.2022 Dünya
0 0
Ermənistanın "Flyone Armenia” aviaşirkəti bu gün baş tutacaq İrəvan-İstanbul-İrəvan reysi üçün hazırlıqların başa çatdığını açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, "Flyone Armenia” aviaşirkətinin İdarə Heyətinin sədri Aram Ananyan reys üçün epidemioloji tədbirlərin görüldüyünü, uçuş üçün hazırlıq işlərinin başa çatdırıldığını söyləyib.

Aram Ananyan İrəvan-İstanbul reyslərinin İstanbuldakı erməni icması ilə Ermənistan arasında əlaqələrin gücləndirilməsində rol oynayacağını da əlavə edib.

Növbəti reysin fevralın 5-də gerçəkləşəcəyi də açıqlanıb.