USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vyetnam ruslar üçün viza rejimini ləğv edib

16.03.2022 Dünya
0 0
Vyetnam ruslar üçün viza rejimini ləğv edib, bu barədə respublikanın mətbuat xidmətinin açıqlamasında deyilir. Belə ki, ruslar Vyetnama daxil olduqları tarixdən etibarən 15 gün vizasız qala biləcəklər.

"Kommersant.az" xəbər verir ki, yeni qayda 2022-ci il martın 15-dən 2025-ci il martın 14-dək qüvvədə olacaq.

Həmçinin, ölkə Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Belarus, Yaponiya, Cənubi Koreya, Danimarka, İsveç, Finlandiya və Norveçdən olan turistlərdən viza tələb etməyəcək.

2020-ci ilin yazında koronavirusa görə vizasız giriş ləğv edildi. Buna qədər 100-dən çox ölkənin vətəndaşları ölkəyə vizasız gedə bilərdi.

Rusiya yanvarın 27-də (Moskva-Hanoy) Vyetnamla uçuşları bərpa edib. Ruslar Vyetnama yalnız diplomatlar, ekspertlər, investorlar və digər peşəkarlar kimi iş vizası ilə daxil ola bilərdilər.