USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Rusiya ərzaq böhranlarının qarşısını ala bilər” - MEDVEDYEV

20.05.2022 Dünya
0 0
Rusiya ərzaq böhranlarının qarşısını ala bilər.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında yazıb.

“Sadəcə bizim işimizə qarışmayın. Rusiya öhdəliklərini tam şəkildə yerinə yetirməyə hazırdır, eyni zamanda ticarət tərəfdaşlarından, o cümlədən beynəlxalq platformalarda yardım gözləyir. Amma məntiqsiz çıxır: bir tərəfdən bizə qarşı sərsəm sanksiyalar tətbiq edilir, digər tərəfdən ərzaq tədarükünü tələb edirlər. Belə olmur, biz axmaq deyilik. Bir daha vurğulayıram: biz öz bazarımızın ziyanına heç bir ərzaq ixrac etməyəcəyik. Rusiya vətəndaşları üçün ərzaq müqəddəs işdir”, – deyə Medvedev qeyd edib.