USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyanın ən sərt tütün qadağası: Bu ərazilərdə siqaret çəkmək qadağandır! - MEKSİKADA

16.01.2023 Dünya
0 0
Meksika dünyada tütün əleyhinə ən sərt qanunlardan birini qəbul edərək ictimai yerlərdə siqaret çəkməyə tamamilə qadağa qoyub.

Gələcək nəslin siqaret çəkməsinin qarşısını almaq üçün Yeni Zellandiyada verilən qərarın müzakirəsi getdiyi bir vaxtda Meksikadan diqqətəlayiq addım atıldı.

Belə ki, Meksika siqaretin qarşısını almaq üçün dünyada tütün əleyhinə ən sərt qanunlardan birini qəbul etdi. 2008-ci ildən ölkədə gecə klubları, restoranlar və iş yerlərində tətbiq edilən siqaret qadağasının əhatə dairəsi genişləndirilib.

Yeni qərara əsasən, bütün ictimai yerləri əhatə edən qadağa ilə parklarda, çimərliklərdə və otellərdə siqaret çəkmək qadağan edilib.