Azər Türk Bank 2018-ci ili mənfəətlə başa vurdu

04.02.2019 Bank
Məlum olduğu kimi, Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası tərəfindən mühasibat uçotunun aparılması qaydalarına dəyişikliklər edilmiş və 9 saylı standartın (İFRS 9) tətbiqinə başlanılmışdır.

"Kommersant.az" xəbər verir ki, bununla əlaqədar olaraq, Azər Türk Bank hazırladığı metodologiya əsasında bu standarta tam keçidi təmin edib. BMHS üzrə hesablanmış 2018-ci ilin maliyyə nəticələrinə əsasən ötən il üçün Bank tərəfindən 2.2 milyon manat həcmində xalis mənfəətin əldə edilməsi gözlənilir.

1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.