“Bitcoin”in dəyəri bu həftə psixoloji hədd olan 6 min dollardan aşağı düşə bilər.
"Kommersant.Az" xəbər verir ki, "CoinMarketCap" portalının yaydığı rəqəmlərə əsasən mayın 27-dəki ticarət əməliyyatlarında "bitcoin"in qiyməti 2,64% azalaraq 7,334 min dollara enib. "Bitfinex" birjasında isə kriptolvalyutanın dəyəri 4,04% azalaraq 7,302 dollar təşkil edib.
Ekspertlərin fikrincə, ticarət əməliyyatlarının cari dinamikası və bazardakı ümumi şərait nəticəsində "bitcoin" 6 min dollardan aşağı həddədək ucuzlaşa bilər.