USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Atabank”ın mənfəəti 21% artıb

16.07.2019 Bank
1 0
“Atabank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 571,239 milyon manat təşkil edib.

“Kommersant.az” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 5,3% azdır.

“Atabank”ın aktivlərinin 376,654 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 9,9% kiçilib.

Hesabat dövründə “Atabank”ın cəmi öhdəlikləri 6,5% azalaraq 428,591 milyon manata, cəmi kapitalı isə 1,4% azalaraq 142,649 milyon manata düşüb.

Bu ilin yanvar-iyun aylarında “Atabank”ın gəlirləri 19,893 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 15,9% az), xərcləri 22,143 milyon manat (11,8% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 2,399 milyon manat (51,9% çox) təşkil edib. Son nəticədə Bank I yarımili 149 min manat mənfəətlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 21,1% çoxdur.

Xatırladaq ki, “AtaBank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 120,02 milyon manatdır. Bankın səhmlərinin 86%-i daxil olduğu “Synergy Group” MMC-yə, 9,26%-i Əşrəf Kamilova (“Synergy Group”un 99%-lik səhmdarı, “Ata Holdinq” MMC-nin Müşahidə Şurası sədrinin I müavini), 4,74%-i isə Mahir Rəfiyevə məxsusdur.