USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bankdan «Faktorinq» kredit xətti məhsulu

09.01.2020 Bank
0 0
Maliyyə ehtiyaclarının ödənilməsində korporativ müştərilərə yardımçı olan dövlət bankı Azər Türk Bank əlverişli şərtlərlə «Faktorinq» kredit xətti məhsulunu təklif edir.

“Kommersant.az” xəbər verir ki, kredit xətti məhsulunun tətbiqi müştərilərin öz dövriyyə vəsaitlərindən rahat və rasional istifadəsi, biznesin davamlı inkişaf etdirilməsində Bank tərəfindən onlara dəstək məqsədini daşıyır.

Belə ki, ticarət əməliyyatları zamanı satıcı məhsul və göstərdiyi xidmətin dəyərini tez əldə etmək, alıcı isə ödənişləri bir müddət sonra yerinə yetirmək istədiyi təqdirdə, hüquqi şəxs və ya fərdi sahibkar olan müştəri “Faktorinq” kredit xəttinin açılması barədə Azər Türk Banka müraciət edə bilər. Bu halda Bank malların və ya göstərilən xidmətin dəyərinin 90%-ə qədər olan hissəsinin dərhal kreditləşməsini həyata keçirir.

Kredit xətti əlavə girov və təminat tələb olunmadan, faiz dərəcəsi fərdi və güzəştli qaydada təyin edilməklə, 24 ay müddətinədək AZN valyutasında açılır.

Daha ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.