USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bankdan iri biznes üçün yeni kredit məhsulu

27.02.2020 Bank
0 0
Azər Türk Bank iri sahibkarlıq subyektlərinin inkişafı üçün əlverişli şərtlərlə yeni kredit məhsulu təklif edir.

Ümumi müddəti üç ilədək nəzərdə tutulmuş kreditin məbləği 100 000 manatdan yuxarıdır. Təminatı fərdi qaydada, razılaşma yolu ilə müəyyən edilən bu kreditlərin illik faizi dərəcəsi 13%-dən başlayır.

Kredit əldə etmək istəyən hüquqi şəxslər onlayn müraciət göndərərək, tamamilə ödənişsiz hesab açmaqla, Bankın müştərisi ola bilərlər.

Qeyd edək ki, Azər Türk Bankda hesab açan hüquqi şəxslər maaş layihələri üçün istənilən sayda əməkhaqqı kartları, biznes və sahibkar kartlarını pulsuz əldə edə biləcək, ATB Business internet-bankçılıq sisteminə daxil olmaqla bonus qazanacaq, Cash-back loyallıq proqramından və ucuz tariflərdən faydalanacaqlar.

Daha ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.