USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azər Türk Bank” “Bahar kampaniyası”na başlayır

28.02.2020 Bank
0 0
Daim müştərilərinin rifahı və rahatlığını düşünən dövlət bankı “Azər Türk Bank” 8 Mart Beynəlxalq Qadınlar günü, Novruz bayramı və 28 May Respublika Günü münasibətilə yeni kampaniyaya - “Bahar kampaniyası”na start verir.

“Kommersant.az” xəbər verir ki, 2 mart-29 may tarixləri arası davam edəcək kampaniya müddətində “İstehlak” krediti əldə etmək istəyən şəxslər üçün sərfəli təkliflər olunur. Belə ki, üç aydan 48 ayadək müddətinə rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsi 15 faizdən başlayır.

Bundan əlavə, Bank göstərilən tarixədək müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 min manat, zaminsiz verilən kreditin məbləğini isə 15 min manat səviyyəsində müəyyənləşdirib.

Qeyd edək ki, 37-48 ayadək müddətə rəsmiləşdirilən istehlak krediti üzrə qrafikə uyğun həyata keçirilən aylıq ödənişin 1,5% nisbətində olan hissəsini ölkədə yeganə Bank olaraq müştəriyə geri qaytarırıq (cashback).

2-6 mart tarixləri ərzində xanım müştərilərdən, 26-29 may tarixləri arası isə bayramlar münasibətilə bütün müştərilərdən, İstehlak krediti rəsmiləşdirildikdə, komissiya tutulmayacaq.

Kampaniya ərzində güzəşt müddəti olan və güzəşt müddəti olmayan kredit xətti əldə edən müştərilərə kreditin müddətinə uyğun olaraq MC Gold və ya VISA Gold kartları hədiyyə ediləcək.

“Bahar kampaniyası”nda plastik kartların əldə edilməsində də güzəştlərin tətbiqi nəzərdə tutulmuşdur. Kampaniya müddətində debet kartları hər kəs üçün dəyərinin 50 faiz həcmində endirimlə təklif ediləcək.

Eləcə də, 2-6 mart tarixlərində kart əldə etmək üçün Banka müraciət edən bütün xanımlara 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə üç illik MC Gold və ya VISA Gold debet kartı hədiyyə ediləcək.

26-29 may tarixləri ərzində kart sahibi olmaq istəyən bütün müştərilərə 28 May Respublika Günü münasibətilə Bank tərəfindən üç illik MC Gold və ya VISA Gold debet kartı pulsuz veriləcək.

Kart əldə etmək üçün Bankın istənilən xidmət ofisinə gələrək şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, yaxud onlayn sifariş vermək olar.

Daha ətraflı məlumatı www.atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, “WhatsApp” (055) 7770-945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.