USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkədə koronavirusa görə fövqəladə vəziyyət elan edildi

28.02.2020 İqtisadiyyat
0 0
Yaponiyanın Hokkaydo prefekturasının qubernatoru koronavirus səbəbi ilə fövqəladə vəziyyət elan edib.

"Kommersant.az" xəbər verir ki, qubernator həftəsonu xüsusi hallar istisna olmaqla, sakinlərdən evdən çıxmamağı xahiş edib.

Naomiti Sudzuki hesab edir ki, ciddi tədbirlər görülməsə, koronavirus infeksiyası sürətlə yayılmaqda davam edəcək.

Son məlumatlara əsasən, Hokkaydo prefekturası Yaponiyada koronavirusun ən çox yayıldığı ərazidir. Hazırda burada 66 nəfər koronovirus xəstəsi var, onlardan altı nəfər ağır vəziyyətdədir.