"Amrahbank" Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı - MƏBLƏĞ

21.03.2020 Bank
"Amrahbank" Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına virusla mübarizə məqsədilə 200 min manat məbləğində ianə köçürülməsinə qərar verib.

"Kommersant.az" xəbər verir ki, "Bir sıra iri holdinq və şirkətlər kimi Amrahbank da qeyd edilən məbləği Fondun hesaba köçürməyi həm də korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq özünə borc bilib"- Bankın məlumatında deyilir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

VTB