USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

TƏCİLİ: Mərkəzi Bank 4 banka inzibatçılar təyin etdi - Səlahiyyət inzibatçılarda olacaq

27.04.2020 Bank
0 0
4 bankda müvəqqəti inzibatçıların təyin edilməsi ilə bağlı Mərkəzi Bank açılqama verib.

Bu barədə AMB-dən məlumatlar daxil olub.

27 aprel 2020-ci il, Bakı: Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-ə müvəqqəti inzibatçılar təyin olunmuşlar.

Qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçmişdir.

Bu məsələ ilə bağlı əlavə məlumat təqdim olunacaq.