USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabah hava yağmursuz keçəcək

27.04.2020 İqtisadiyyat
0 0
Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Kommersant.az"-a verilən xəbərə görə, aprelin 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər duman olacaq, cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 15-18, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

Aprelin 28-də Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

  • Əvvəlki

    TƏCİLİ: Mərkəzi Bank 4 banka inzibatçılar təyin etdi - Səlahiyyət inzibatçılarda olacaq

Digər xəbərlər