“AGBank”ın 30 min müştərisi maaş kartlarından pul çıxara bilmir

01.05.2020 Bank
“AGBank”ın 30 000-dək müştərisi öz maaşlarını kart hesablarından çıxara bilmirlər.

"Kommersant.az" “MediaPost”a istinadən xəbər verir ki, 27 aprel tarixində Mərkəzi Bank tərəfindən “AGBank”a müvəqqəti inzibatçılar təyin edildikdən sonra bankın partnyorlarının hesablarındakı vəsaitlər dondurulub.

Bankdan verilən məlumata görə, onlar işçilərinin maaşlarını və dövlət ödənişlərini ödəyə bilmirlər: "Bunların başlıca səbəbi Mərkəzi Bankın təyin etdiyi müvəqqəti inzibatçının bütün əməliyyatları dondurmasıdır. Nəzərinizə çatdırmaq istəyirik ki, bankın kassasında və müxbir hesablarında kifayət qədər məbləğ var idi, lakin kassaları sıfırlaşdırdıqdan və bankomatları bloklaşdırdıqdan sonra bunlar baş verdi. Hazırda xeyli insan əziyyət çəkir”