USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda koronaviruslu xəstələrin müalicəsinə xərclənən vəsait açıqlandı

16.07.2020 Bank
0 0
Bu ilin mart-iyun aylarında Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün səhiyyə müəssisələrinə 250 milyon manat ayrılıb.

"Kommersant.az" xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Baş Nazir Əli Əsədov bildirib.

Onun sözlərinə görə, bu məbləğə xəstəliklə mübarizə aparan tibb işçilərinə, onların maaşının 3-5 misli qədər ödənilən əlavə vəsait də daxildir.