USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elman Rüstəmov: Bütövlükdə banklarda kreditlərin keyfiyyəti ilə yaranmış situasiyaya görə bir qədər pisləşib

16.07.2020 Bank
0 0
Bütövlükdə banklarda kreditlərin keyfiyyəti ilə yaranmış situasiyaya görə bir qədər pisləşib.

"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı deyib.

O bildirib ki,ilin əvvəlində maliyyə sektoriunda başlanılan pozitiv dinamika saxlanılıb.Biz bank sektorinda da yaxşı start götürmüşdük. İlin əvvəlində də biznes kreditləri 1,8 %ipoteka kreditləri 3,2% artmışdır. İstehlak kreditləri isə 4,8 %azalmışdır.

Mərkəzi Bank rəhbəri pandemiyanın bank sektoruna təsirləri barədə məlumat verərək qeyd edib ki, bütövlükdə banklarda kreditlərin keyfiyyəti ilə yaranmış situasiyaya görə bir qədər pisləşib. Buna baxmayaraq biz vəziyyəti nəzarətdə saxlayırıq.

Elman Rüstəmov yaranan problemlərin həlli ilə bağlı məlumat verərək "Mərkəzi Bank situasiyanı tam nəzarətdə saxlayır. Lakin bankların 23% səviyyəsində yəni müvafiq normadan 2 dəfədən artıq kapital adekvatlığı var.Bu da bu günləri gözlənilən itkiləri qarşılamağa imkan verir"-deyə qeyd edib.