USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Kapital Bank" işçi axtarır - VAKANSİYA

18.11.2020 Bank
0 0
Kapital Bank namizədləri İT İnfrastruktur Departamentinin Texniki Dəstək Şöbəsinin Kiçik mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Bankın infrastrukturunda istifadə olunan proqram təminatlarını dəstəkləmək;
• Bankın kompüter və digər avadanlıqlarının dəstəklənməsini təmin etmək;
• Bankda istifadə edilən poçt və servisləri sazlamaq və onların monitorinqini aparmaq;
• Sistem resurslarının daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparmaq;
• Bankın sistemlərində mövcud olan problemlərin aradan qaldırılmasında iştirak etmək;
• Mövcud biznes proseslərin və istifadə olunan məlumatların vaxtaşırı təsnifləşdirilməsini həyata keçirmək;
• Şöbə rəisi tərəfindən ona həvalə edilmiş digər öhdəlikləri yerinə yetirmək;
• Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.
• Bank əməliyyat günün bağlanması və bu zaman yarana biləcək problemlərin aradan qaldırılmasında iştirak etmək.

Tələblər

• Texniki sahədə ali təhsil və ya peşə təhsili;
• Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə Rus dili biliyi;
• Yeni texnologiyaların öyrənilməsi və tətbiqi bacarığının olması;
• Verilənlər Bazası (Oracle, SQL), bu sahələrdə orta səviyyədə biliyi.
• Qısa müddət ərzində problemi aşkar etmək və aradan qaldırmaq bacarığı;
• Məsuliyyətli olmaq, topladığı təcrübəni bölüşmək bacarığı;
• Əla ünsiyyətqurma bacarığı;
• Komandada işləmək bacarığı.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.