USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Rusiya qarşısında 419 milyon dollar mənfidədir

21.06.2018 Bank
0 0
2018-ci ilin yanvar-may aylarının yekunları üzrə Azərbaycan və Rusiya arasında mal dövriyyəsi 919 milyon 285,08 min dollar təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 1,3 dəfə çoxdur.

"Kommersant" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin(DGK) aylıq statistikasından məlum olur.

Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,19%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.

Hesabat dövründə Azərbaycan Rusiyaya 250 milyon dollar dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,24 dəfə çoxdur. Bütövlükdə, 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycandan ixracın 3,39%-i Rusiyanın payına düşüb.

Yanvar-may aylarında Rusiyadan Azərbaycana idxalın həcmi 669 milyon 141,94 min dollar təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 1,23 dəfə çoxdur. Azərbaycana idxalın ümumi həcmində 17,4% Rusiyadan tədarükün payına düşüb.

Beləliklə, cari ilin yanvar-may aylarında RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu 418 milyon 998,8 min dollar təşkil edib.