USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AzerGold” istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

01.12.2020 Bank
0 0
30 noyabr, 2020-ci il tarixində Bakı Fond Birjasında “AzerGold” QSC-nin AZ2002019878 dövlət qeydiyyat nömrəli, 10.000.000,00 ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Hərrac zamanı 37 investor tərəfindən qiymət intervalı 100.0000 (4.00%) və 103.4239 (3.00%) olan 46 sifariş təqdim edilmişdir. Emitentin qərarına əsasən istiqrazların kəsmə qiyməti 102.0681 (3.50%), orta ölçülmüş qiyməti 102.4759 (3.35%) müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 18,443,000.00 ABŞ dolları təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10,000,000.00 ABŞ dolları təşkil etmişdir.

Qeyd edək ki, 24 sentyabr tarixində "AzerGold" QSC-nin istiqrazlarının birinci tranş üzrə 10 000 000 ABŞ dolları həcmində olan yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilmişdir və orta ölçülmüş qiyməti 101.7493 (3.38%) müəyyən edilmişdir.