Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.
Mərkəzi Bankdan "Kommersant.az"a verilən məlumata görə, dekabrın 7-də Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 533,5 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil edib.
Nəticədə, hərrac zamanı Mərkəzi Bank 100 mln. manat vəsait cəlb edib.