USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kaspersky və G-Core Labs oyun startaplarını dəstəkləmək üçün müştərək proqrama başlayır

07.12.2020 İqtisadiyyat
0 0
Kaspersky-nin innovasiya mərkəzi və bulud və kənar həllər (edge solutions) provayderi G-Core Labs, oyun dünyasını dəyişdirmək və onun təhlükəsizliyini artırmaq potensialına sahib startupları tapmaq və dəstəkləmək üçün ortaq bir proqram başladır.

"Kommersant.az" xəbər verir ki,oyun sənayesi ən sürətlə inkişaf edən sahələrdən biridir. Analitiklərin fikrincə, 2023-cü ilə qədər dünyada geymerlərin (video oyun həvəskarı) sayı üç milyardı keçəcək. Bu sahənin populyarlığı həll yaradıcıları üçün böyük perspektivlər açır: nəhəng auditoriyanın tələblərinə cavab verən daha çox layihə ortaya çıxır.

Proqram çərçivəsində seçilmiş ən perspektivli startaplar üçün Kaspersky həm texniki və mentorluq dəstəyi, həm də öz tərəfdaş kanallarına (distribyutor və satıcılar da daxil olmaqla), müştərilərinə və layihələrinə giriş imkanı verəcək; G-Core Labs öz bulud infrastrukturuna çıxış təmin edəcək və iki il ərzində şirkətin bulud xidmətlərinə xərclənə bilənəcək 25 min avro civarında qrant ayıracaq.

"G-Core Labs ilə səylərimizi birləşdirməkdən və oyun texnologiyasını inkişaf etdirməyə can atan yaradıcıları dəstəkləməkdən məmnunuq. Bu ortaqlıq ideyanın dəyərinə inanmağa, onu inkişaf etdirməyə və miqyasını genişləndirməyə kömək edəcək startupların dəstəklənməsi istiqamətində mühüm bir addımdır," deyə Kaspersky-nin innovasiya mərkəzinin rəhbəri Vitaliy Mzokov bildirib.

"Geymer layihələri uzun müddətdir xidmətlərimizdən istifadə edir. Ən mürəkkəb problemlərin öhdəsindən gəlmək üçün qlobal bulud infrastrukturumuzu beş qitənin yüzdən çox nöqtəsində qurmuşuq. Əminəm ki, Kaspersky ilə tərəfdaşlığımız oyun sənayesinin inkişafında müsbət rol oynayacaq," G-Core Labs-in bulud platformaları şöbəsinin rəhbəri Vsevolod Vayner deyib.

Kaspersky-nin innovasiya mərkəzi ilə G-Core Labs arasında əməkdaşlıq 2020-ci ilin yazında, Open Innovtion Program təşəbbüsü çərçivəsində, informasiya təhlükəsizliyi və kompüter oyunlarını eyni anda nəzərə alan həllər yaradan startapların seçimi zamanı başladı. G-Core Labs bu təşəbbüsü dəstəklədi və xidmətlərini qaliblərə pulsuz təqdim etdi.

Kaspersky və G-Core Labs-ın yeni ortaq proqramında iştirak etmək üçün müraciəti buradan edə bilərsiniz: //www.kaspersky.com/ihub/gaming-partnership/.

  • Əvvəlki

    Təhsil nazirinin bu sözü rüşvətə yaşıl işıq yandırmaqdır - Ekspert

Digər xəbərlər