USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

20 milyon dolları aşan gəlir

18.01.2021 Bank
0 0
2016-cı ildə buraxdığı ilk istiqrazlarla SOCAR, qiymətli kağızlar bazarında böyük uğurlara imza atmış və təkrar bazarda tədavülə başlandığı ilk gündən indiyədək ən çox ticarət olunan qiymətli kağız statusunu qoruyub–saxlamışdır.

"SOCAR Capital" şirkətindən verilən məlumata istinadən, nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri rüblük ödənilən SOCAR İstiqrazlarının 1 milyon 250 min dollarlıq növbəti kupon ödənişi 18 yanvar tarixində istiqraz sahiblərinin hesablarına köçürüləcək (17 yanvar tarixi qeyri–iş gününə təsadüf etdiyindən, qanuvericiliyə əsasən, növbəti ilk iş günü).

4 ildən artıqdır ki, investorlar tərəfindən ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş SOCAR İstiqrazları 18 yanvar tarixində baş tutacaq 2021-ci ilin ilk və ümumilikdə 17-ci faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə $1.25 milyon dollarlıq gəlir gətirəcək. Bununla da, istiqraz sahiblərinin toplam qazancı 21 milyon 250 min dollara yüksəlmiş olacaq.

Təkrar bazar əməliyyatları həcminin $195 milyonu aşması, bağlanmış əqd sayının 2.300–ü ötməsi, Bakı Fond Birjasında ən çox tədavül olunan korporativ maliyyə alətinə çevrilməsi və REPO əməliyyatlarının $37 milyona çatması SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəricilərindəndir.

İstiqraz sahibləri vəsaitə ehtiyac duyduqda istiqrazlarını satmadan, REPO əməliyyatı etməklə, qısamüddətli vəsait cəlb edə, eləcə də istiqrazlarını bankda girov qoyaraq, sərfəli şərtlərlə kredit götürə bilərlər. Bu hallarda faiz gəlirləri itmir.

1 və 5 saylı "ASAN xidmət" mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2021-ci ilin 17 aprel tarixində baş tutacaq. Ətraflı məlumat üçün *19 99 nömrəsi investorların daim xidmətindədir.