“Azərbaycanın dövlət büdcəsindən xərcləmələr səmərəsiz və ədalətsizdir”.
"Kommersant" bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Əli Məsimli deyib.
"2018-ci il dövlət büdcəsi haqqında qanun"a dəyişikliklərlə bağlı qanun layihəsinə münasibət bildirən deputat büdcədə tikinti xərclərinin çox olmasını korrpusiyaya yol açan amil kimi qiymətləndirib.
"Dövlət büdcəsinin 8,9%-i təhsilə, 1,1%-i elmə, 0,6%-i mədəniyyətə yönəldilir. Büdcədən insan inkişafına az vəsait ayrılır", – o əlavə edib