USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

VTB (Azərbaycan) “Smartfonla ödəniş et – Cash Back qazan” adlı aksiyaya start verdi

02.03.2021 Bank
0 0
Yeni aksiya çərçivəsində bank VTB (Azərbaycan)-ın bütün VİSA kart istifadəçiləri NFC texnologiyası ilə ilk dəfə təmassız ödəniş edərkən Cash Back qazanacaq. Bunun üçün DirectPayByVTB əlavəsini (PlayMarketdə və AppGallery-də mövcuddur) mobil telefona yükləmək və NFC funksiyasını dəstəkləyən Android platformalı smartfon vasitəsilə təmassız ödəniş etmək lazımdır. Ödənişi etmək üçün mobil telefonu təmassız ödənişi dəstəkləyən istənilən POS-terminala yaxınlaşdırmaq kifayətdir.

Bununla yanaşı, kart sahibləri növbəti ödənişlər zamanı da Cash Back əldə edə bilər. Ay ərzində 5 manatdan başlayan on və daha çox ödəniş həyata keçirən müştərilərə 25 manat geri qayıdacaq. Aksiya 10 aprel 2021-ci ilədək qüvvədədir. Vəsait karta bir aydan gec olmamaq şərtilə geri qayıdır.

Linkə keçid edərək smartfon vasitəsilə təmassız ödəniş haqqında ətraflı məlumat əldə etmək mümkündür.