Xarici valyutada verilən kreditlər 7 illik minimuma enib

19.03.2021 Bank
Azərbaycanda xarici valyutada verilən kreditlərin həcmi yeddiillik minimuma enib

Bu ilin fevralın 1-nə Azərbaycanda xarici valyutada verilən kreditlərin 4,288 mlrd. manat təşkil edib ki, bu da 2013-cü ilin oktyabr ayından bəri (4,284 mlrd. manat) ən aşağı göstəricidir.

Xarici valyutada olan kreditlərin həcmi aylıq müqayisədə 0,9%, illik müqayisədə isə 22,1% azalıb. Xarici valyutada olan kreditlərin ümumi portfeldəki payı isə 29,4% təşkil edir.

Qeyd edək ki, fevralın 1-nə xarici valyutada olan kreditlərin cəmi 5,9%-i ödəmə müddəti keçmiş kreditlər kateqoriyasındadır.