USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Türkiyə lirəsinin ucuzlaşmasının manata təsiri gözlənilmir" - Elman Rüstəmov

30.03.2021 Bank
0 0
“Partnyor ölkələrin iqtisadiyyatında və maliyyə sistemində baş verən proseslər daim Mərkəzi Bankın diqqət mərkəzindədir”.

"Kommersant.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi "Twitter" səhifəsində sədr Elman Rüstəmov bildirib.

AMB sədri qeyd edib ki, ölkədə makroiqtisadi sabitlik, o cümlədən valyuta bazarında tarazlıq qorunur və dollarlaşmanın azalması müşahidə edilir:

"Neftin dünya qiymətinin artmağa meyil göstərməsi tədiyə balansını və gözləntiləri yaxşılaşdırmaqla valyuta bazarında sabitliyə müsbət təsir edir. Qeyd olunanları nəzərə alaraq Türkiyə lirəsinin ucuzlaşmasının manatın məzənnəsinə təsiri gözlənilmir".

E. Rüstəmov qeyd edib ki, valyuta bazarında tarazlığı və mövcud makroiqtisadi sabitliyi qorumaq üçün ölkənin kifayət qədər resursları var.

Xatırladaq ki, 2021-ci ilin martın 30-da Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,2055 manat təşkil edib. Bu, son beş ayda qeydə alınan ən aşağı göstəricidir.