USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda müxbir hesablarının həcmi 14,4 faiz artıb - AMB

23.04.2021 Bank
0 0
Cari ildə Azərbaycan banklarında müxbir hesablarının ümumi həcmi 1 milyard 067,2 milyon manat və ya 14,4 faiz artaraq 8 milyard 472,3 milyon həcmində olub.

Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, ötən ilin analoji dövründə bu məbləğ 7 milyard 405,1 milyon təşkil edib.

Qeyd edək ki, cari ilin əvvəlki 2 ayına nəzərən mart ayında da müxbir hesablarının ümumi həcmində artım müşahidə olunub. Belə ki, bu məbləğ yanvar ayında 2 milyard 787,9 milyon manat, fevral ayında 2 milyard 702,3 milyon manat, mart ayında isə 2 milyard 982,1 manat olub.