USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət əmlakı hərracının vaxtı dəyişdirilib - RƏSMİ

23.04.2021 İqtisadiyyat
0 0
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən dövlət əmlakı hərracının vaxtı dəyişdirilib.

Nazirlikdən daxil olan məlumata görə, Nazirlər Kabinetinin Qərarına əsasən 11 may qeyri-iş günü olduğundan bu tarixdə keçirilməsi nəzərdə tutulan hərrac 18 may tarixində təşkil ediləcək.

Mayın 18-də baş tutacaq hərraca 123 dövlət əmlakı çıxarılacaq. Bunlardan 40-ı səhmdar cəmiyyəti, 22-si kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 61-i isə nəqliyyat vasitəsidir.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (//bit.ly/3efgWih)

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytında (emlak.gov.az) və ya Özəlləşdirmə portalında (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

  • Əvvəlki

    Azərbaycanda müxbir hesablarının həcmi 14,4 faiz artıb - AMB

Digər xəbərlər

21.02.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
21.02.2024 İqtisadiyyat
Lirə bu gün də ucuzlaşdı
0 0
21.02.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
20.02.2024 İqtisadiyyat
Türkiyə lirəsi dəyər itirir
0 0
20.02.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
20.02.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşdı
0 0
19.02.2024 İqtisadiyyat
Mikayıl Cabbarovdan yeni - TƏYİNAT
0 0
19.02.2024 İqtisadiyyat
Bələdiyyələrin gəlirləri açıqlandı
0 0