USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AccessBank-dan sahibkarlar üçün - Tez Sat

13.09.2021 Bank
0 0
AccessBank-dan kiçik və orta sahibkarlar üçün yenilik! İlk dəfə olaraq AccessBank sahibkarlar üçün kredit - biznes kart təklif edir. Tez Kart adlı kart müştərinin təkrar sənədləşmə aparmadan (kredit müqaviləsi, zaminlik müqaviləsi imzalamadan) kredit limiti əldə etməsinə imkan yaradır. Bunun üçün müştərinin son 12 ay ərzində kənd təsərrüfatı, (bitkiçilik, meyvə bağları və ildə bir məhsul verən sahələr istisna olmaqla) ticarət və ya istehsal sektorunda fəaliyyət göstərməsi tələb olunur.

Tez Kart müştərilərə ödənişsiz təqdim olunur. Kartın müddəti 60 ay, təklif etdiyi maksimal məbləğ isə 15.000 AZN-dir. Tez Kart-ın maksimal illik faiz dərəcəsi 24% təşkil edir. Tez kart müştəriləri üçün ölkə daxilində bütün bankomatlarda nağdlaşdırma komissiyasızdır (1% vergi xərci istisna olmaqla).

Ətraflı məlumat əldə etmək üçün linkə daxil olun.