USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fərid Qayıbovdan yeni açıqlama

13.09.2021 İqtisadiyyat
0 0
“Ölkə Prezidenti İlham Əliyevin Gənclər və İdman Nazirliyinə rəhbər təyin olunmağım haqda sərəncamı ilə mənə göstərdiyi etimad, mənim üçün böyük şərəfdir”.

“Kommersant.az”ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.

Bu vəzifəyə yeni təyin olunan Fərid Qayıbov feysbuk səhifəsi vasitəsilə idmanda uğur qazanacaqlarına inandığını bildirib: “Əminəm ki, Azərbaycanda qurulmuş güclü idarəçilik sistemi və ixtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətləri əldə edə bilərik. Mən bütün həmkarlarım, dostlarım və bütün dünya üzrə idman ictimaiyyəti nümayəndələrinə təbrik və xoş arzularına görə öz təşəkkürümü bildirirəm”.