USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank VTB (Azərbaycan)”na transfer olub – təyinat

17.09.2021 Bank
0 0
“Bank VTB (Azərbaycan)” ASC-nin departamentlərindən birinə direktor təyin edilib.

“Kommersant.az”ın bu barədə əldə etdiyi məlumata görə, Vaqif Şərabçıyev bankın Rəqəmsal bankçılığa dəstək departamentinin direktoru təyin edilib.

V.Şərabçıyev, bu vəzifənin icrasına 2021-ci ilin sentyabrından start verib.

O, buna qədər “Bank of Baku” ASC-də çalışıb. Bu bankda 11 ilə yaxın təcrübəsi var. V.Şərabçıyev, “Bank of Baku”da 2010-cu ilin dekabrında mütəxəssis kimi başlamış, 2014-cü ilin yanvarından isə, şöbə müdiri və 2016-cı ilin iyunundan isə İnformasiya və texnologiyalar departamentinin direktoru kimi çalışmışdır.