USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“VTB Bank (Azerbaijan)” 2021-ci ilin 9 ayında aktivlərini 10%, xalis mənfəətini - 52% ARTIRIB

25.10.2021 Bank
0 0
"VTB Bank (Azerbaijan)” ASC 2021-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 10% - 206 milyon 151,89 min manata qədər artırıb.

“Kommersant.az” xəbər verir ki, bu barədə bankın hesabatında qeyd olunur.

Məlumata görə, hesabat dövründə bankın kredit portfeli 16,9% - 147,175 milyon manatdək artıb. Bankın istehlak kreditləri üzrə portfeli 47,773 milyon manat (artım iki dəfə), biznes kreditləri üzrə portfeli – 76,415 milyon manat təşkil edib.

Hesabat dövrünün sonuna bankın öhdəlikləri 137 milyon 775,44 min manat (artım 11,6%), depozit portfeli 86 milyon 538,77 min manat (artım 14,9%), o cümlədən fiziki şəxslərin əmanətləri 45 milyon 918,65 min manat təşkil edir (artım 17,2%).

Oktyabrın əvvəlinə bankın kapitalı 68 milyon 222,88 min manat (artım 6,96%), nizamnamə kapitalı 315,815 milyon manat (dəyişməyib) təşkil edib.

9 ayda fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 3 milyon 920,52 min manat təşkil edib.