USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yelo Bank-ın aktivləri 800 mln manata çatır

26.10.2022 Bank
0 0
Yelo Bank 2022-ci ilin üçüncü rübü üzrə maliyyə hesabatını açıqladı. Bank əsas maliyyə göstəriciləri üzrə pozitiv artım dinamikasını qorumaqla rübü tamamlayıb. Belə ki, cari ilin əvvəlindən Bank 3.2 mln manat xalis mənfəət əldə edib. Hesabata görə üçüncü rübün sonunda Bankın cəmi aktivləri 795 milyon manatı ötüb. Həm biznes, həm də istehlak kredit portfelində müsbət artım tendensiyası bu rüb də davam edib. İlin əvvəlindən Yelo Bank-ın kredit portfeli 134 mln manat artaraq 580 mln manat olub. Bu müddət ərzində portfelin mühüm hissəsini təşkil edən biznes kreditlərinin həcmi 362 mln manata çatıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 60% artım deməkdir. Qeyd edək ki, kredit portfeli əsasən mikro, kiçik və orta sahibkarların maliyyələşdirilməsi hesabına artıb.

Həm biznes, həm də istehlak kredit portfelində müsbət artım tendensiyası bu rüb də davam edib. İlin əvvəlindənYelo Bank-ın kredit portfeli 134 mln manat artaraq 580 mlnmanat olub. Bu müddət ərzində portfelin mühüm hissəsinitəşkil edən biznes kreditlərinin həcmi 362 mln manataçatıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 60% artım deməkdir. Qeyd edək ki, kredit portfeli əsasən mikro, kiçik və orta sahibkarların maliyyələşdirilməsi hesabınaartıb.

Hesabat dövründə 6 mindən çox müştəriyə 53 mln manat istehlak krediti verilib. Bu satışın 33%-i onlayn kanallarvasitəsilə həyata keçirilib. Nəticədə il ərzində ümumiistehlak kredit portfelinin həcmi artaraq 200 mln manatayüksəlib.

Bu dövr üzrə əmanət portfelində də artım müşahidəolunur. İlin əvvəlindən 6 mindən çox müştəri 215 mlnmanatdan çox vəsaitini Yelo Bank-a etibar edib. NəticədəBankın depozit portfeli 36%-lik çoxalma ilə 550 mln manatıkeçib.

Eyni zamanda hesabat dövrü ərzində Bankın faiz gəlirləriötən ilin analoji dövrü ilə müqayisədə 35% artaraq 62 mlnmanata çatıb.

Hazırda Bankın məcmu kapitalı 93 mln manat təşkil edir. Bu göstərici də requlyativ tələbdən 43 mln manat çoxolmaqla Bankın güclü kapital dayanıqlığını ifadə edir. Məcmu kapitalın adekvatlıq əmsalı 13.93%, birinci dərəcəlikapitalın adekvatlıq əmsalı isə 8.44% olmaqla, hər ikigöstərici üzrə tələb olunan normanı üstələyir.

Yelo Bank-ın uğurları bununla bitmir. Nağdsızəməliyyatların stimullaşdırılması istiqamətində Bank cari il ərzində mühüm layihələr və xidmətlər təqdim edib. Bütünbunların nəticəsi olaraq 2022-ci ilin əvvəlindən Bankınnağdsız ödəmə dövriyyəsi 70%-dək çoxalıb. Kart hesabındakı qalıq vəsaitlərin həcmi isə ikiqat artıb. Bu tədbirlərin davamı kimi Yelo Bank il sonunadək daha birneçə innovativ funksionallıqların təqdim etməyiplanlaşdırır.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!