USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən çox kredit verən bank hansıdır? - RENKİNQ

13.02.2023 Bank
20 0
Azərbaycanda fəaliyyət göstərən bankların xalis kreditlər üzrə vəziyyəti bəlli olub.

Kommersant.az xəbər verir ki, bankların açıqladığı maliyyə hesabatına görə, Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 21-i xalis kreditlərini artırsa da, 4 bank bu vəzifənin öhdəsindən gələ bilməyib.

XALİS KREDİTİ AZALANLAR

“Azərbaycan Sənaye Bankı” aktivlərini və öhdəliklərini cəminə görə olan renkinqdəki kimi xalis kreditlər üzrə renkinqdə də azalma göstərib. Bankın xalis kreditləri 2021-ci ilin son rübü ilə müqayisədə 1 milyon 523 min manat və ya 0.6% azalaraq 236 milyon 88 min manata enib.

Qeyd edək ki, yerli banklar arasında tək azalma sənayeçilərin bankında olub. Digər azalma müşahidə olunan iki bank isə İran və Rusiya qardaşlarının bankıdır.

Rusların bankı xalis kreditlərini 2021-ci ilin analoji dövrü ilə müqayisədə 14 milyon 360 min manat və ya 9.4% azaldaraq 137 milyon 713 min manata düşürüb. Bu millətə özünü qardaş bilən farsların dövlət bankı “Bank Melli İran”ın Azərbaycan filialı da 2022-ci ili xalis kreditlərini 378 min manat və ya 3.8% azaldaraq 9 milyon 466 min manatda yekunlayıb.

KORPORATİV BANKLAR

Korporativ banklar arasında faiz nisbətinə görə kredit portfelini ən çox artıran bank “AzərTürk Bank” olub. Dövlət bankının xalis kreditləri 39.7% və ya 89 milyon 796 min manat artaraq 315 milyon 923 min manata yüksəlib.

“Bank BTB” isə kredit portfelini ən az artıran korporativ bank kimi adını siyahıya yazdırıb. Bakının Ticarət Bankı sözügedən portfelini 149 min manat və ya 0.06% artıraraq 251 milyon 203 min manata bərabərləşdirib.

RETAİL BANKLAR

RETAİL banklar arasında kredit portfelini ən çox artıran “Bank of Baku” olub. BOB komandası sözügedən portfelini 2021-ci ilin son rübü ilə müqayisədə 170 milyon 29 min manat və ya 49.3% artıraraq 514 milyon 535 min manata çatdırıb. Bununla da Bakının Bankı başına tac qoyaraq lider kürsüsünə əyləşib.

RETAİL banklar arasında xalis kreditlərini ən az artıran bank isə “ExpressBank” olub. Bankın xalis kreditləri 2021-ci ilin sonu ilə müqayisədə 41 milyon 72 min manat və ya 16.4% artaraq 291 milyon 628 min manata yüksəlib. Adı üstündə olan "Sürətli" Bank"ın xalis kreditləri onu RETAİL banklar arasında gecikdirərək siyahıda ən alt sırada qərarlaşdırıb.

Bankın Adı

Xalis Kreditləri

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

1

ABB

3.237.741

2.866.443

371.298

2

Access Bank

813.549

632. 476

181.073

3

AFB Bank

149.560

115.912

33.648

4

ASB

236.088

237.611

-1.523

5

Azər Türk Bank

315.923

226.127

89.796

6

Bank Avrasiya

109.936

95.437

14.499

7

Bank BTB

251.203

251.054

149

8

Bank of Baku

514.535

344.506

170.029

9

Bank Respublika

956.424

709.953

246.471

10

Bank VTB

137.713

152.073

-14.360

11

Express Bank

291.628

250.556

41.072

12

Günay Bank

179.701

179.380

321

13

Kapital Bank

2.789.577

2.281.085

508.492

14

Melli İran Bankı

9.466

9.844

-378

15

Muğan Bank

447.409

393.457

53.952

16

Naxçıvan Bank

167.033

135.061

31.972

17

Paşa Bank

2.670.966

2.478.985

191.981

18

Premium Bank

427.635

504.582

-76.947

19

Rabitə Bank

587.027

441.804

145.223

20

Turan Bank

543.428

430.855

112.573

21

UniBank

835.077

656.897

178.180

22

Xalq Bank

1.709.132

1.390.858

318.274

23

Yapı Kredi Bank

198.729

136.015

62.714

24

Yelo Bank

583.351

405.255

178.096

25

Ziraat Bank

306.711

226.650

80.061