USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İflas edə biləcək bankların siyahısı

14.03.2023 Bank
5 5
ABŞ-da 72 saat ərzində ard-arda iki banka müvəkkil təyin edilməsi bazarlarda “domino effekti” qorxusuna səbəb olub.

Belə ki, hər kəs eyni suala cavab axtarır: “Hazırda olanlar 2008-ci il qlobal bank böhranını təkrar yaşada bilərmi?”

Beynəlxalq maliyyə ekspertləri Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) 2022-ci il yekun hesabatına diqqət çəkib:

“Sığortasız əmanətlər nə qədər çox olarsa, vəziyyət bir o qədər pis olar” deyən ekspertlər, müvəkkil təyin olunduğu “Signature Bank”a diqqət çəkdi. 2022-ci ilin sonuna qədər özlərini "güclü" elan edən SB-nin səhmləri keçən cümə axşamı 12 faiz, cümə günü isə 24 faiz ucuzlaşıb. Məlumatlara görə, SB-nin sığortasız əmanət faizi 89,7 faizdir.

Bu vəziyyətdə risk altında olan daha 10 bank var. “Göstəricilər pisdir, lakin bu hələ o demək deyil ki, banklar təhlükə altındadır, müflis olur”, - deyə ekspertlər bildirib. Daha sonra iflas riski olan bankların siyahısı təqdim olunub:

Customers (Pensilvaniya)

First Republic (Kaliforniya)

Sandy Spring, Merilend

New York Community Bank

First Foundation

Ally Financial (Delaware)

New York Community Bank

First Foundation

Ally Financial (Nyu York)

Pacific Premier (Kaliforniya)

Prosperity (Texas)

Kolumbiya (Vaşinqton)