USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya taxıl üçün yaşıl işıq yandırdı

14.03.2023 İqtisadiyyat
5 9
Rusiya bəyan edib ki, martın 18-də başa çatacaq Taxıl Dəhlizi Sazişinin 60 günlük uzadılmasına etiraz etmir.

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Cenevrədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan, BMT baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Griffiths ilə Taxıl Dəhlizinin uzadılması ilə bağlı görüş keçirilib. Görüş sonrası mətbuata yazılı açıqlama verilib.

Verşinin, müzakirənin əsas mövzusunun 2022-ci il iyulun 22-də İstanbulda Ukraynanın qida və gübrə xammalının bir-biri ilə əlaqəli 2 hissəsinin ixracına dair “Qara Dəniz Təşəbbüsü” ilə imzalanmış “paket” sazişlərinin həyata keçirilməsi olduğuna diqqət çəkib.

Hərtərəfli və səmimi görüşdə Verşinin bəyan edib ki, Rusiya BMT-nin baş katibi Antonio Quterreşin təklif etdiyi İstanbul sazişlərinin paket xarakterini nəzərə alaraq, ikinci müddəti martın 18-də başa çatan Taxıl Dəhlizi Sazişinin bir müddət daha uzadılmasına etiraz etməyib.

Qeyd edək ki, Taxıl Dəhlizi Sazişi 2022-ci il iyulun 22-də İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT arasında imzalanıb. Müqavilə 19 noyabr 2022-ci il tarixindən 120 gün müddətinə uzadılıb.

  • Əvvəlki

    Azərbaycan Prezidenti: "İndi hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir"

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0