USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank elementar suallara cavab verə bilmir - EYYUB HÜSEYNOV

26.04.2023 Bank
15 3
Bank sektorunda çox ciddi problemlər yaşanır, vətəndaşlar isə bu məsələni həzm edirlər. Ona görə də banklardan şikayətlərin sayı çox azdır.

Kommersant.az xəbər verir ki, bu barədə Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib.

“Təsadüfi deyil ki, çox elementar məsələlərdə biz çətinliyə düşürük. Vətəndaşlardan biri sual etmişdi ki, banka depozit yerləşdirən şəxs istehlakçı hesab olunur? Nəzəri olaraq bilirik ki, bu şəxs istehlakçı hesab olunur. Lakin müəyyən hüquqi sənəd lazım idi və bu sualla bağlı Bank Ombudsmanına müraciət etdik. Ombudsman isə cavabında bildirdi ki, bu suala cavab tapmaq üçün siz digər dövlət orqanlarına müraciət edin. Daha sonra isə Azərbaycan Mərkəzi Bankına (qısaca – AMB) müraciət etdik. AMB isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda istehlakçı kimə deyilir, onun tərifini atdı. Birmənalı olaraq bankda depoziti olan şəxsin istehlakçı hesab olunub olunmaması barədə fikir bildirmədi. İqtisadiyyat Nazirliyi isə bu suala “AMB-yə müraciət edin” deyə cavablandırdı. Yəni, çox elementar bir məsələni heç bir dövlət orqanı cavablandıra bilmir”-deyə E.Hüseyniv bildirib.

E.Hüseynov həmçinin qeyd edib ki, Rusiyada kolleqalarımız 10 ildir Maliyyə savadlılığının artırılması ilə bağlı layihələr həyata keçirir. Maliyyə savadlılığının az olması da ona gətirib çıxarır ki, insanlar pullarını banklarda yox, evlərdə saxlamağı üstün görürlər. Burda marağlı qüvvələr var ki, insanlar savadsız olsun lakin, bu da dövlətin iqtisadi siyasətinə çox ciddi ziyan gətirir.