Yaponiya Baydenin ikinci müddətə namizəd olmaq qərarından sonra vəziyyətə nəzarət edəcək.
Kommersant.az xəbər verir ki, Yaponiya hökuməti hazırkı prezident Co Baydenin 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində iştirak etmək niyyəti barədə açıqlamasından sonra ABŞ-dakı vəziyyəti izləyəcəyini açıqlayıb.
Qeyd edək ki, ABŞ-ın hazırkı lideri Bayden çərşənbə axşamı 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində iştirak etmək niyyətində olduğunu rəsmən açıqlayıb.
"Hökumət olaraq digər ölkələrin daxilində baş verənləri şərh etməsək də, vəziyyəti yüksək maraqla izləməyə davam edəcəyik. Yaponiya ilə ABŞ arasında əlaqələr həmişəkindən daha güclüdür və görünməmiş dərinliyə çatıb. Yaponiya -ABŞ-ın ittifaqı sarsılmaz görünür”, - deyə mətbuata açıqlamasında Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.