USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

VTB rəhbərliyindən çağırış

11.04.2023 Bank
24 3
VTB rəhbəri Rusiyada özəlləşdirməni yenidən başlamağa çağırıb.

Kommersant.az xəbər verir ki, VTB-nin rəhbəri Andrey Kostin Rusiyada prioritet layihələrin maliyyələşdirilməsi üçün özəlləşdirmə proqramının bərpasına, həmçinin dövlət borcunu genişləndirməklə iqtisadiyyata əlavə 70 trilyon rubl cəlb etməyə çağırıb.

Bankir ölkənin inkişafının üç prioritetini qeyd edib: yeni logistik dəhlizlərin və nəqliyyat infrastrukturunun sürətli tikintisi, bütün sənayelərin yenidən işə salınması, eləcə də ordunun inkişafı hesabına müdafiə qabiliyyətinin gücləndirilməsi.

Kostin özəlləşdirməyə yenidən başlamaq, maliyyə ehtiyatlarını və dövlət borcunu daha aktiv xərcləmək, habelə büdcə vəsaitlərini yenidən bölüşdürməklə qarşıya qoyulan vəzifələrin icrasını maliyyələşdirməyi təklif edib.