USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Buğdanın qiyməti 1 faiz artıb

11.04.2023 İqtisadiyyat
15 21
Rusiyanın Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyi ilə imzalanan taxıl müqaviləsini uzatmamaq təhdidi ilə Çikaqo birjasında satılan buğda fyuçers müqavilələri dörd seansda ilk dəfə 1 faiz bahalaşıb.

Kommersant.az xəbər verir ki, qarğıdalı qiymətləri ABŞ-da yazda əkin mövsümü üçün daha yaxşı olması ehtimalı hava şəraiti gözləntiləri ilə aşağı düşdü. Rusiya kənd təsərrüfatı məhsullarının ixracına maneələr aradan qaldırılmadığı təqdirdə taxıl müqaviləsini uzatmayacağı ilə bağlı çıxış etmişdi.

Həmin gün Ankarada xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında keçirilən görüşdə qeyd olunan maneələrin aradan qaldırılmasının müqavilənin gələn ay uzadılması üçün şərt olduğu barədə konsensusun əldə edildiyi bildirilib. Lavrov Çavuşoğlu ilə Qara dəniz taxıl dəhlizi sazişindəki maddələrin icrasındakı “uğursuzluğu” müzakirə etdiyini bildirib.