USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Korporativ bankların cəmi aktivlər üzrə göstəriciləri

26.04.2023 Bank
6 5
Banklarımız arasında ən böyük dörd (4) korporativ bankın cəmi aktivlər üzrə renkinqi bəlli olub. Siyahıya görə, üç (3) bankın aktivlər cəmi artsa da, bir (1) bankda azalma müşahidə olunub.

Kommersant.az xəbər verir ki, ən çox cəmi aktivlərə “Azərbaycan Beynəlxalq Bankı” (qısaca – ABB) sahib olub. Belə ki, dövlət bankı 11 milyard 564 milyon 337 min manatlıq cəmi aktivlə digər üç bankı geridə qoya bilib. Buna baxmayaraq, siyahıya görə yeganə azalma da elə dövlət bankında olub. ABB 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 85 milyon 543 min manat cəmi aktivini itirib.

Ən az cəmi aktivlər isə “Xalq Bank”da olub. Onun cəmi aktivləri 2 milyard 700 milyon 677 min manat olub ki, bu da 2022-ci ilin ilk rübü ilə müqayisədə 313 milyon 159 min manat çoxdur. Digər banklara görə ən az azalma da elə bu bankda olub.

Cəmi aktivlərini ən çox artıran bank isə “Paşa Bank”dır. Onun aktivlər cəmi 1 milyard 567 milyon 586 min manat artaraq 8 milyard 693 milyon 36 min manata çatıb.

Bankın Adı

2023 (I Rüb)

2022 (I Rüb)

Fərq

ABB

11.564,337

11.649,880

-85,543

Paşa Bank

8.693,036

7.125,450

1.567,586

Kapital Bank

7.728,237

6.934,685

793,552

Xalq Bank

2.700,677

2.387,518

313,159