USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən çox istehlak krediti verən banklar - SİYAHI

26.04.2023 Bank
6 5
Ən böyük dörd (4) korporativ banklarımız arasında 2023-cü ilin 1-rübünə olan istehlak kreditlərinin 2022-ci ilin eyni rübü ilə olan müqayisəsini siyahıya aldıq. Dörd (4) bank arasıda bir (1) bank sözügedən kreditini azaldıb.

Kommersant.az bankların maliyyə hesabatına istinadən xəbər verir ki, “Xalq Bank”ın istehlak kreditləri 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 1 milyon 919 min manat və ya 0,88 faiz azalaraq 215 milyon 496 min manata düşüb. Buna görə “Xalq Bank” ən az istehlak krediti verən bank olub.

Ən çox istehlak krediti isə “Kapital Bank”ın olub. O, 1 milyard 833 milyon 220 min manatlıq istehlak krediti ilə adını lider olaraq siyahının başına yazdıra bilib. Sözügedən kredit 2022-ci ilin ilk rübü ilə müqayisədə 118 milyon 367 min manat və ya 6,9 faiz çoxdur.

“Azərbaycan Beynəlxalq Bankı” (qısaca – ABB) isə istehlak kreditlərini ən çox artıran bank olub. Dövlət bankının istehlak kreditləri 216 milyon 59 min manat və ya 25,98 faiz artaraq 1 milyard 47 milyon 592 min manata çatıb.

Bankın Adı

2023 (I Rüb)

2022 (I Rüb)

Fərq

ABB

1.047,592

831,533

216,059

Paşa Bank

270,063

187,080

82,983

Kapital Bank

1.833,220

1.714,853

118,367

Xalq Bank

215,496

217,415

-1,919